Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 May 2024 22:21

Amerikalı aktrisa Ancelina Coli ilə alman rəssam, eləcə də Rusiyanın "Ustad və Marqarita" filminin ulduzu Avqust Dihl arasında sevgi münasibəti barədə məlumatlar ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Bild" məlumat yayıb.

Qeyd olunur ki, ulduzlar Hindistan restoranında yeməyi bitirdikdən sonra cütlük Almaniya paytaxtını gəzməyə çıxıb. Coli və Dihl 2008-ci ildə Quentin Tarantinonun "Şeytansız əclaflar" filminin çəkiliş meydançasında tanış olublar.

2016-cı ilin sentyabrında Ancelina Coli Bred Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. Sənətçidən ayrılmasına səbəb ulduz cütlük arasında şəxsi təyyarədə mübahisə etməsi olub. Bu zaman sərxoş aktyor oğlanları Maddoksu vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun