14 yaşlı oğlan bıçaqlandı

18 May 2024 17:00

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs məlumdur. Ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Faktla bağlı Hacıqabul Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun