Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanması var.
68 milyard dollar hərbi büdcə ilə Böyük Britaniya ikinci sıraya qoyulub.
Türkiyə 40 milyard dollarlıq hərbi büdcə ilə 3-cü yerdədir. Türkiyənin 520 min aktiv və 400 min ehtiyat əsgəri var və hücum pilotsuz təyyarələri ilə seçilir. Onun 2200 tankı və 200 döyüş gəmisi var.
4-cü yerdə İtaliya, 5-ci yerdə 50 milyard dollarlıq büdcəyə malik Fransa (141 min əsgər), 6-cı yerdə Almaniya, İspaniya, 8-ci yerdə Polşa, 9-cu yerdə Kanada, 10-cu yerdə Yunanıstan ordusu qərarlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun