Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var

18 May 2024 11:50

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 17-si Qaradağ rayonu Lökbatan-Xocasən yolunda "Toyota Prius" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə "Prius"da olan sərnişin 1988-ci il təvəllüdlü Namiq Məmməd oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Anar Qubadzadə və digər 2 sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qəzaya düşən minik avtomobili taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun