Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapıldı

18 May 2024 11:51

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb.

Rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Bakı şəhərində olduğu müəyyən edilib.

Milli.Az