Yaşlı qadını döyüb pullarını aldı

18 May 2024 11:16

Oğuz rayonunun Qumlaq kəndində quldurluq hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun