"Əmək sərf etmədən qazanmaq?" - XƏBƏRDARLIQ

18 May 2024 10:54

Talamalar davam edir, rəqəmlər ciddidir

Milli.Az bildirir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədə qeyd edib.

"Əmək sərf etmədən qazanmaq? Günlərdir çağırış edirik ki, təhlükə var, bəzi vətəndaşlar hələ də kiber risklərdən çəkinmirlər. Talamalar davam edir, rəqəmlər ciddidir. Dünən də kiber üsullarla bank kartlarından oğurlanan pullar - 11361, 8556, 5546, 4000, 2003, 2000, 1500, 1471, 1450, 1200, 970, 741, 600, 543, 527, 364, 300, 170, 100, 70, 50, 30 manat təşkil edib. 16 rəqəmdən başqa bank kartı məlumatları heç kimə verilməməlidir", - Elşad Hacıyev yazıb.

Milli.Az