“Çox utancaq idi” – Müəllimi Səidə Sultan haqda - FOTO

18 May 2024 11:46

Əməkdar artist Nuriyyə Hüseynova müğənni Səidə Sultan haqqında maraqlı fikirlər səsləndirib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən, ifaçının onun tələbəsi olduğunu deyib:

"Səidə xanım Mədəniyyət və İncəsənət Universitetində mənim sinfimdə oxuyub. Mən Estrada kafedrasında da dərs verirdim. Səidə o vaxt mənim tələbəm olub. Çox utancaq, sakit, dərsə davamiyyətli idi. Mən ona heç bir irad bildirmirəm. Çünki onun ifa tərzi, musiqi janrı tam fərqlidir. Bəzi şeylər var ki, bunu hər kəsə, övladıma da söyləyirəm ki, bizim milli mental xüsusiyyətlərimiz var ki, biz onları qoruyub-saxlamasaq, onlar zamanla itə bilər. Mənə həmişə müəllimə, can, baş üstdə deyirdi".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun