İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO

18 May 2024 00:36

İtaliyanın şimalında leysan yağışlar və güclü külək hökm sürür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin Borqo-Mantovano kommunasında külək yük vaqonlarını aşırıb.

Bununla bağlı yayılan videogörüntülərdə vaqonların, demək olar ki, hamısının aşdığı əks olunub.

Yerli hakimiyyət orqanları heç vaxt belə bir şey görmədiklərini deyirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun