"İslam Müqaviməti"nin komandiri öldürüldü

17 May 2024 23:19

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livan-Suriya sərhədində yerləşən "Məsnaa" keçid məntəqəsi yaxınlığında "İslam müqaviməti" döyüşçülərini daşıyan avtomobili vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində "Əl-Cəmaə əl-İslamiyyə" sünni radikal qruplaşmasının silahlı birləşmələrinin komandiri Şurahbil əs-Seyid və onu müşayiət edən döyüşçülərdən biri ölüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun