İsrail HHQ Hizbullah hədəflərinə növbəti zərbələr endirdi

17 May 2024 23:11

İsrail hərbçiləri Livanda Hizbullahın hərbi qanadının hədəflərinə yeni aviazərbələr endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Deyr Siryan kəndi ərazisində Qolan təpələri istiqamətində atəş açmaq üçün istifadə edilən buraxılış qurğusuna zərbələr endirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun