Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub

17 May 2024 21:25

Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun