Əhalinin yeni sayı açıqlandı

17 May 2024 20:28

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10189786 nəfərə çatıb.

Bu barədə Milli.Az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun