“Paşinyan istefaya hazırlaşmır”

17 May 2024 19:23

"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan brifinqdə deyib. 

O vurğulayıb ki, ölkədə növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. 

Onun sözlərinə görə, partiyası Paşinyanın istefası gündəliyi ilə Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüşə bilməz. 

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun