Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı

17 May 2024 16:54

Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları 22 vilayətdə genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əməliyyat nəticəsində PKK ilə əlaqəsi olan 239 şübhəli şəxs saxlanılıb.

Keçirilən tədbirlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən odlu silah-sursat, o cümlədən külli miqdarda təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun