AFFA braziliyalı futbolçunu diskvalifikasiya etdi

17 May 2024 14:39

AFFA "İmişli"nin futbolçusu Gilyerme Silvanı cəzalandırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, buna legionerin I Liqanın XXVI turunun "Araz Saatlı" ilə matçındakı hərəkəti səbəb olub.

23 yaşlı braziliyalı görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd edib. O, bu hərəkəti üçün 4 oyunluq diskvalifikasiya edilib.

Ona ötən ay təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığı üçün həmin 1 oyunluq şərti cəza da diskvalifikasiyaya əlavə edilib. Gilyerme ümumilikdə 5 oyun cəzalanıb, "İmişli" 300 manat cərimələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun