Günün yuxuyozması

14 İyun 2012 06:00
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Axar çay - Əgər yuxuda çayın dayaz yerindən təmiz suya keçirsinizsə, bu o deməkdir ki, ötəri sevinc yaşayacaqsınız. Əgər su çirklidirsə, sizi xəstəlik gözləyir. Təmiz suyun içində gedən uşaqlar görürsünüzsə, bu sizə uğur gətirəcək xoşbəxt yuxudur. Gənc qadın yuxuda təmiz suda gedirsə, bu onun ən vacib arzusunun tezliklə yerinə yetəcəyinə işarədir.

Uşaqlar - Yuxuda qəşəng uşaqlar görmək çiçəklənmə, xoşbəxtlik və rifaha işarədir. Ana yuxuda uşağını yüngül xəstə görürsə, bu o deməkdir ki, onun həmişə möhkəm sağlamlığı olacaq, lakin onu övladı ilə bağlı digər kiçik xoşagəlməz hallar narahat edəcək. Öz uşağını yuxuda ağır xəstə və ölü görmək o deməkdir ki, qorxmaq üçün əsas var və onu sağlamlığı ilə bağlı təhlükə gözlənilir. Yuxuda ölü uşaq görmək yaxın gələcəkdə narahatlıq və kədərə işarədir. Yuxuda nədənsə kədərlənmiş, ağlayan uşaqlar görmək gələcəkdə xoşagəlməz hallar, həyəcanlı hisslər və dostlarınızın qeyri-səmimiliyinə işarədir. Uşaqlarla oynamaq o deməkdir ki, siz bütün ticari və sevgi işlərində məqsədinizə nail olacaqsınız.

Saqqal - sizi hakimiyyət uğrunda mübarizə gözləyir və çox güman ki, bu mübarizədə itkiləriniz olacaq. Ağ saqqal uğursuzluq və uzunmüddətli xəstəliyə işarədir. Saqqallı qadın görmək xoşagəlməz görüşlər və uzun sürən xəstəlik deməkdir. Yuxuda saqqalı daramaq və naz çəkmək o deməkdir ki, sizin şöhrət və məğrurluğunuz, xoşbəxtliyiniz artacaq, lakin əvvəlki dostlarınız üçün o qədər də xoşagələn olmayacaqsınız. Əgər gənc qadın yuxuda saqqalını darayırsa, bu yuxu onun uğursuz evlilik quracağına işarədir.

Tilsimli olmaq - xoşagəlməz hadisələr sizdən uzaq olacaq.

Şimşək - dağıntı və bədbəxtlik əlamətidir. Yuxuda göydə şimşək görmək nəinki bir çoxlarını evsiz-eşiksiz qoyan, həm də ölüm və nəfəs yollarının xəstəliklərinə səbəb olan yanğınlara işarədir. Yuxuda ağacı və ya evi ildırım vurduğunu və onu yandırdığını görmək - siz bir çox insanları kafir əməllərinə və işlərinə görə cəzalandıracaq Tanrı qəzəbinin şahidi olacaqsınız.

Milli.Az