14 yaşlı oğlan çipsdən öldü - FOTO

17 May 2024 14:35

ABŞ-da ədviyyatlı çips yeyən 14 yaşlı oğlan ölüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "tiktok"da trendə çevrilən çips yarışına qoşulan 10-cu sinif şagirdinin halı pisləşib, qısa müddət sonra isə o, ölüb.

Məlum olub ki, uşaq  "yüksək miqdarda istehlak edilən kapsaisin (acı bibərin aktiv komponenti) nəticəsində yaranan qəfil ürək dayanması" nəticəsində dünyasını dəyişib.

Fidan
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun