Müxalifət lideri Əhmədinejada dəstək verdi
24 May 2010 13:21
Yerli mətbuatın yazdığına görə, hökumətin qəti əleyhdarı olan Musəvi bu məsələdə Mahmud Əhmədinejad hakimiyyəti ilə eyni mövqe ortaya qoyub. O, bildirib ki, İran hökumətinin "xarici siyasətdəki avantürizminə baxmayaraq", müxalifət xalqın yaşayışına mənfi təsir göstərəcək sanksiyaların qəbulunu heç zaman dəstəkləməyəcək.
Milli.Az