Hakim çempionluğu qeyd etdi, futboldan ömürlük uzaqlaşdırıldı - VİDEO

17 May 2024 10:32

Niderlandın IV divizionunda "St. George" - "SV De Valken" matçının baş hakimi Yan Smitin qərarları müzakirələrə səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, referi qonaqların 4 futbolçusuna qırmızı vərəqə göstərib və görüşün sonuna 15 dəqiqə vaxt əlavə edib. 

Artırılmış müddətdə qol vuran "St. George" çempionluğunu elan edib. 

Kubokla bərabər mahnı oxuyan referi sevincini nümayiş etdirib. O, meydan sahiblərinin çempionluq şənliyinə qatılaraq mahnı oxuyub. 

Bu olaydan sonra Niderland Kral Futbol İttifaqı Yan Smiti ömürlük hakimlikdən uzaqlaşdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun