İldırım düşdü, 12 nəfər öldü - FOTO

17 May 2024 11:44

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həyatını itirən şəxslər ştatın paytaxtı Kolkatadan 327 kilometr şimalda yerləşən Malda rayonunun sakinidirlər.

Hadisə sakinlər tarlada işləyərkən baş verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun