“Microsoft”dan köhnə kompüterlər barədə qadağa

18 May 2024 07:07

"Microsoft" şirkəti özünün "Edge" brauzeri üçün sistem tələblərinin yenilənməsini elan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 126-cı versiyadan başlayaraq "SSE3" təlimat dəstini və ya daha sonrakı versiyaları dəstəkləyən prosessor tələb edəcək.

Dəyişiklik yalnız köhnə avadanlıqdan istifadə edən məhdud sayda istifadəçiyə təsir edəcək. "SSE3" dəstəyi ilə prosessorlar ilk dəfə 2004-cü ildə "Prescott" xəttinin bir hissəsi kimi "Intel" tərəfindən təqdim edilib. Bunlar "Pentium 4", "Pentium D" və "Celeron D" prosessorlarıdır. AMD-yə gəlincə, "SSE3" üçün dəstək "Opteron", "Sempron", "Athlon 64" və "K8" arxitekturasına əsaslanan digər prosessorlarla başlayıb.

"Microsoft" brauzerin "SSE3" təlimatlarına dəstək olmadan niyə işləyə bilməyəcəyini izah etmir. Üstəlik, digər brauzerlərdə belə bir tələb yoxdur.

Qeyd edək ki, köhnə kompüterlərin istifadəçiləri hələ də "Microsoft Edge"dən istifadə edə biləcəklər. Lakin bu, təhlükəsiz olmaya bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun