Azərbaycan nefti bahalaşdı

17 May 2024 09:35

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,27 ABŞ dolları, yaxud 0,32% artaraq 84,21 ABŞ dolları təşkil edib.

Milli.Az xəbər verir ki, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 83,52 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun