26 yaşlı oğlan dəm qazından boğuldu

17 May 2024 09:29

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Atatürk prospektindəki mənzildə yaşayan 1998-ci il təvəllüdlü Şamxal Məmmədovun meyiti tapılıb.

Onun dəm qazından boğularaq vəfat etdiyi bildirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun