Azərbaycana qar yağır - FOTOlar

17 May 2024 08:59

Şimal bölgəsində qeyri-sabit hava müşahidə edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki,, hazırda Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qubanın Qrız və Qusarın Laza kəndlərində başlayan sulu qar, artıq qara keçib.

Bölgənin digər rayonlarında isə, hazırda yağış yağır, havanın temperaturu aşağı düşüb.
Quba rayonunun Xınalıq kəndində isə, artıq ağ örpəyə bürünüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun