Slovakiya XİN Prezident İlham Əliyevə təşəkkür edib

16 May 2024 23:05

Slovakiyanın Xarici İşlər Nazirliyi Baş nazir Robert Fikoya ünvanlanan dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Slovakiya XİN "X" sosial şəbəkəsində bildirib.

"Cənab Prezident, şəfqət və dəstəyinizə görə təşəkkür edirik", - deyə qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı və dəhşətə gəldim. Mən bu hücumu sərt şəkildə qınayıram. Baş nazir Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə sağalmağı arzulayıram", - deyə paylaşımda deyilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun