Sınaq müddətində ən çox maaş harada verilir?

13 İyun 2012 16:13
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, reytinqin lideri ABŞ-ın "ExxonMobil" neft-qaz korporasiyasıdır. Şirkətdə stajor kimi çalışanlara ayda 6508 dollar maaş verilir. İkinci yerdəki "VMware" şirkətində stajorlar ayda 6493 dollar, 3-cü yerdəki "Google"da isə 5991 dollar maaş alırlar.

Reytinqdə 5-ci yerdə bərqərar olmuş Facebook sosial şəbəkəsində sınaq müddətində çalışan proqramçı mühəndislərə ayda orta hesabla 6 min dollar maaş verilir.
Proqram mühəndisi qismində Facebook-da sınaq müddətində çalışanlara isə ayda 8700 dollar ödənilir.

"Amazon"da stajor qismində çalışan proqramçılara ayda 5489, "Microsoft"da - 5462, "Apple"də isə 4785 dollar maaş verilir.

Milli.Az