Dünyanın ən çox qazanan 10 idmançısı - “Forbes”in versiyası

16 May 2024 21:37

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2024-cü ildə dünyanın ən çox maaş alan idmançısıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Dünyanın ən çox qazanan 10 idmançısı:

Kriştiano Ronaldo (futbol, ​​39 yaş), 260 milyon dollar; Con Ram (qolf, 29), 218 milyon dollar; Lionel Messi (futbol, ​​36 yaş), 135 milyon dollar; Lebron Ceyms (basketbol, ​​39 yaş), 128,2 milyon dollar; Yannis Adetokunba (basketbol, ​​29 yaş), 111 milyon dollar; Kilian Mbappe (futbol, ​​25 yaş), 110 milyon dollar; Neymar (futbol, ​​32), 108 milyon dollar; Kərim Benzema (futbol, ​​36 yaş), 106 milyon dollar; Stiven Karri (basketbol, ​​36 yaş), 102 milyon dollar; Lamar Cekson (Amerika futbolu, 27), 100,5 milyon dollar.

Qeyd olunur ki, tarixdə ilk dəfə olaraq illik "Forbes" reytinqində yer alan 10 idman ulduzunun hər biri 100 milyon dollardan çox gəlir əldə edib - ümumilikdə rekord 1,38 milyard dollar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun