Avstriya daxili işlər naziri çıxışında səhv etdi: Onları güllələmək lazımdır!

16 May 2024 23:20

Avstriya daxili işlər naziri Gerhard Karner mətbuat konfransında çıxışı zamanı yanılaraq ölkədə xilafət yaradılmasının tərəfdarlarını güllələmək lazım olduğunu bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, nazir sonradan səhvini düzəldib.

"Xilafətə çağırış edən istənilən ekstremist və radikal üçün sadəcə iki alternativ var: həbs etmək, yaxud güllələmək... Üzr istəyirəm, səhvimi düzəldim. Həbs etmək, yaxud deportasiya etmək", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun