Hizbullah İsrailə rekord sayda raket atdı

16 May 2024 21:25

Hizbullah silahlı bölmələri 24 saat ərzində bütün 120 kilometrlik sərhəd boyu İsrail ərazisini atəşə tutub və Qolan təpələrində bir neçə dəfə hərbi hədəflərə hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadin" telekanalının verdiyi məlumatda deyilir.

"Hizbullah döyüşçüləri İsrailin şimalındakı sərhəd bölgələrinə rekord sayda - 200-dən çox raket atıblar. Hücum zamanı yeni tip pilotsuz uçuş aparatları və digər növ raketlərdən istifadə edilib", - deyə bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun