ABŞ ruslara qarşı sanksiyalar tətbiq edib

16 May 2024 21:06

ABŞ iki Rusiya vətəndaşı və Moskva ilə Pxenyan arasında hərbi-texniki əməkdaşlıqda iştirak etdiyi iddia edilən üç Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, rusiyalılar və departamentin hesab etdiyi kimi, onlarla əlaqəli şirkətlər Rusiya ilə KXDR arasında silah ötürülməsini asanlaşdırdıqlarına görə sanksiya siyahısına daxil edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun