Timati "Davay do svidaniya"nı oxudu, üstəlik klip də çəkdirdi
13 İyun 2012 16:22
Rusiyanın tanınmış reperi Timati azərbaycanlı meyxanaçıların məşhur "Davay do svidaniya" meyxanasından ilhamlanaraq yazdığı repə klip çəkdirib. Anspress-in "Life News" saytına istinadən verdiyi xəbərə görə, repdə Rusiya şou-biznesinin iyrənc çılpaqlıqları lağa qoyularaq tənqid edilib.
Timati sözügedən repi dostları Nel, L'One, Mişa Krupin və ST ilə birlikdə ərsəyə gətirib. Klipin maraqlı olan tərəfi ondadır ki, burada reper və digər iştirakçılar Azərbaycan meyxanasını təqlid ediblər.
Çəkilişlər Azərbaycan milli mətbəxinin təqdim olunduğu restoranlardan birində aparılıb.
Milli.Az