Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsddən sonra Polşa Nazirlər Kabinetinin rəhbəri Donald Tuska qarşı təhdidlər edilməyə başlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə siyasətçinin özü danışıb.
Baş nazir ona ünvanlanan mesajlardan birini sitat gətirib:
"Slovaklar bu gün bizə Donald Tuskla nə etməli olduğuna dair bir nümunə göstərdilər".
Eyni zamanda o, oxşar mesajların çox olduğunu qeyd edib.
Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun