AFFA-dan “Turan Tovuz”un şikayətinə CAVAB

16 May 2024 17:55

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Tribunalda "Turan Tovuz"un şikayətinə baxılıb. Qərblilər Azərbaycan Premyer Liqasının XXXIII turunun "Zirə" ilə oyununun 90+9-cu dəqiqəsində qırmızı vərəqə alan Roderik Millerlə bağlı müraciət edib.

AFFA apelyasiyanı təmin etməməyə qərar verib. İntizam Komitəsinin təcavüzkar davranışa görə verdiyi 4 oyunluq cəza və klubun 3000 manat cərimələnməsi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Tovuz klubu Apelyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun