Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxs radikal qruplaşma üzvü olub? - DİN açıqladı

16 May 2024 16:43

Slovakiya baş naziri Robert Fitsoya sui-qəsd təşkil edən Yuray Çintula radikal qruplaşmanın üzvü deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eşt açıqlama verib.

Onun sözlərinə görə, Çintula Slovakiya hakimiyyətinə qarşı etirazlarda iştirak edib, lakin təkbaşına hərəkət edib.

Xatırladaq ki, dünən Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Qeyd edək ki, bu gün Slovakiyanın ətraf mühitin mühafizəsi nazirinin müavini Filipp Kuffa sosial şəbəkə hesabında baş nazir Robert Fitsonun vəziyyətinin stabil olduğunu açıqlayıb.

Robert Fitsoya sui-qəsd edən şəxs saxlanılıb. Onun 71 yaşlı yazıçı Yuray Çintula olduğu müəyyən edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun