Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

16 May 2024 16:18

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Milli.Az