Yerkökü xərçəng riskini azalda bilər

17 May 2024 05:05

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizini aparıblar.

Nəticədə məlum olub ki, həftədə 5 dəfə kök yemək xərçəngin bütün növlərinin inkişafını 20% azaldır.

Yerkökünü qaynadarkən faydalı maddələr suya keçir, qızartma zamanı isə tamamilə məhv olur.

Buna görə kökün faydalarını qorumaq istəyirsinizsə, buxarda bişirin.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun