“Qarabağ”ın futbolçusunu heyətinə qatmaq istəyir - PLAN

16 May 2024 16:09

"Qarabağ"ın qapıçısı Andrey Lunyovu heyətinə qatmaq istəyən klubun adı bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 32 yaşlı rusiyalı qolkiper Moskva "Dinamo"sunun maraq dairəsindədir.

"Ağ-mavilər" yay transfer pəncərəsində qapıçı mövqeyini Andreylə gücləndirməyi planlaşdırır. Rusiyalılar "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq Lunyovu azad agent kimi sıralarına qatmaq niyyətindədir.

Qeyd edək ki, Lunyov cari mövsümün 32 oyununda 40 qol buraxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun