Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı - YENİ TƏYİNAT

16 May 2024 15:58

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkimi Elgün Səmədov vəzifəsindən azad edilib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. 

Nazirin digər əmri ilə, həmin vəzifəyə Nazim Hacıyev təyin edilib. 

Bildirək ki, Elgün Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilmişdi.

Qeyd edək ki, N.Hacıyev Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində diabetli şöbənin baş həkimi vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun