1 tona yaxın badımcanı zibilliyə atdılar - Səbəb təəccübləndirir - FOTO

16 May 2024 16:25

Türkiyədə kəndçilər 1 tona yaxın badımcanı zibilliyə atıblar.

Milli.Az bildirir ki, Antalyada fermer badımcanın onlardan çox ucuz alınmasına qeyri-adi şəkildə etiraz edib.

Yük avtomobilinin arxasına yığdıqları badımcanları zibilliyə atan iki nəfər video çəkərək qiymətlərin ucuz olmasına narazılıqlarını bildiriblər.

"Kilosu 1 lirədən alıb, baha qiymətə satırlar, insanlar yeməkdənsə, heyvanlar yesin", - videoda deyilir.

İsmayıl
Milli.Az