Almaniyada binada yanğın - 3 nəfər öldü

16 May 2024 15:08

Almaniyanın qərbində yaşayış binasında yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın gecə saatlarında binanın birinci mərtəbəsində baş verib, sonra ikinci mərtəbəyə keçib.

Hadisə zamanı 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlumata görə, yanğının səbəbi bəlli deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun