Luvr muzeyində, ilk dəfə...

13 İyun 2012 15:50
Milli.Az "Associated Press"ə istinadən bildirir ki, muzeyin Denon qalereyasında İtaliyadakı "Salvatore Ferragamo" modalar evinin kolleksiyasının nümayişi olub.

Luvr muzeyinin rəhbərliyinin nümayişə icazə verməsinin səbəbi "Salvatore Ferragamo" brendinin Leonardo da Vinçinin "Müqəddəs Anna Madonna və kiçik İsa Məsihlə" natamam əsərinin sərgisinin sponsoru olmasıdır.

Brendin kreativ direktoru Massimiliano Ciornettinin dediyinə görə, Luvrun estetikası və fransız dizaynerlərin metodlarından həmişə həzz alıb.

Moda nümayişinin videoyazasına burada baxa bilərsiniz.

Milli.Az