Fahree "Avroviziya"dan yazdı - FOTOlar

16 May 2024 18:59

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree yarışma ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fikirlərini izləyiciləri ilə bölüşən müğənni müsabiqədə qazandığı təcrübədən yazıb:

"Bu, gözəl təcrübə idi - bütün eniş-yoxuşları ilə bu addımı atdığım üçün təsəvvüredilməyəcək dərəcədə xoşbəxtəm. Yeni insanlarla tanış oldum və bu günə qədər yaşamadığım təcrübə yaşadım. Bütün bunlar mənə yeni nələrsə öyrənməyə və hər şeyə fərqli tərəfdən baxmağa imkan verdi.

İndi mən özümü, arzularımı və onlara aparan yolları daha aydın görürəm. Bu isə yalnız başlanğıcdır. Dəqiq bildiyim bir şey var - hər hansı bir yol haradasa başlayır və baş verən hər şey günün sonunda bir məna kəsb edir. Bütün bunlara görə də yeni başlanğıclara".

Qeyd edək ki, Fahree "Avroviziya"da Azərbaycanı İlkin Dövlətovla oxuduğu "Özünlə apar" mahnısı ilə təmsil edib. Onlar finala vəsiqə qazana bilməyiblər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun