Sankt-Peterburqdakı atışmaya görə erməni biznesmen saxlanıldı - FOTO

16 May 2024 13:19

Sankt-Peterburqda (Rusiya) "City Mall" ticarət mərkəzinin dayanacağında baş verən atışma ilə əlaqədar Ermənistandan olan 34 yaşlı fərdi sahibkar Ovik Koçaryan saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından olan mənbədən məlumat verilib.

Bildirilib ki, şəhər sakini ilə "LiXiang L9" markalı avtomobilin sürücüsü arasında yolda münaqişə baş verib, bundan sonra sürücü Sankt-Peterburq sakininə travmatik tapança ilə azı beş atəş açıb və hadisə yerindən qaçıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun