Yanacağın tərkibindəki tozun, çöküntülərin mühərrikə getməsinin qarşısını almaq üçün nəzərdə tutulan yanacaq filtrinin 30000-40000 km-dən bir dəyişdirilməsi tövsiyyə edilir.
Yanacaq filtrinin tutulmasının əlamətləri nələrdir:
- Yanacaq sərfiyyatı artıbsa
- Mühərrikin performansı zəifləyibsə
- Neytralda mühərrik sönürsə
- Sürətlənmə müddəti artıbsa
- Mühərrikin işində çətinlik yaranıbsa
Yuxarıda sadalanan hallar baş veribsə deməli yanacaq filtrini dəyişməyin vaxtı çatıb. Yanacaq filtrinin vaxtında dəyişdirilməsi mühərrikin daha uzunömrlü olmasını təmin edir.
Bəxtiyar
Milli.Az