İrəvanda polis hökumət binasını mühasirəyə aldı

16 May 2024 12:26

"Vətən naminə Tavuş" müxalif hərəkatı İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis aksiya iştirakçılarını saxlamağa başlayıb.

İndiyə olan məlumatda 3 nəfərin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, hazırda İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə hökumətin iclası keçirilir. Bina müxtəlif polis qüvvələri tərəfindən əhatəyə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun