ABŞ-nin Texas ştatının Qalveston şəhərində barj körpüyə çırpılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə körpünün bir hissəsi uçub.
Bildirilib ki, körpünün dəmir yolu relsləri olan konstruksiyasının bir hissəsi gəminin üzərinə düşüb.
Səlahiyyətlilər körpünün hər iki istiqamətdə nəqliyyat üçün bağlandığını bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun