Avtomobilin gec işə düşmə səbəbləri

16 May 2024 12:16

Avtomobilin mühərriki bəzən gec işə düşür. Bunun səbəbləri müxtəlif ola bilər.

Milli.Az avtomobilin mühərrikinin gec işə düşməsinə səbəb ola biləcək amilləri təqdim edir:

- Avtomobilin alışdırma şamları köhnəlib

- Alışdırma şamlarına gedən kabellərdə qırıq var

- Avtomobilin akkumlyatoru zəifləyib

- Avtomobilin hava filtri kirlənib

- Avtomobilin yanacaq nasosunda problem var

- Avtomobilin yanacaq filtri kirlənib

- İnjektrorlar tutulub, püskürtməsində problem var

Qeyd edək ki, yanacağın keyfiyyəti də avtomobilin mühərrikin işə düşmə vaxtına təsir edir.

Bəxtiyar
Milli.Az