“Yoldaşım xəyanət etsə də, hiss etdirmir"

16 May 2024 11:16

"Yoldaşımdan küsmüşəm, danışmırıq".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ülviyyə Namazova deyib.

İfaçı həyat yoldaşının çox qısqanc olduğunu və geyimlərinə qarışdığını bildirib:

"Həddindən artıq qısqancdır. Hər şeyə qarışır. Geyimimə, getdiyim yerlərə və s. Kimsə mənə adi mesaj yazırsa, ona da qarışır ki, "o sənə niyə elə yazdı?"  O insan mənə heç vaxt xəyanət etməyib. Buna görə ona təşəkkür edirəm. Eləsə də mənə hiss etdirməyib. Məni hamıya qısqanır. Qadınlara belə..."

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun