Dağıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
24 May 2010 13:01
Heydər Əliyev adına Beynəlxalq hava limanında Dağıstan Respublikasının başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Dağıstan Prezidenti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Daha sonra Maqomedsalam Maqomedov Şəhidlər xiyabanda Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Milli.Az